Ölkə futbolu

“Qarabağ”da son durum: Bundan gözəl vəziyyət ola bilməz

Premyer Liqanın lideri “Qarabağ” bugündən “İnter”lə oyunun hazırlıqlarına başlayıb.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam klubunun heyətində hər hansı bir itki yoxdur. “Bakı”yla oyunda kart limitinə görə, meydana çıxa bilməyən Riçar Almeyda da “İnter”lə matçda meydanda olacaq. Zədıli Gelaşvili isə demək olar ki, hazırdı və komandayla birgə məşq edir. Qurban Qurbanov şans verəcəyi təqdirdə gürcü forvard meydana çıxa bilər.

Qeyd edək ki, “İnter” – “Bakı” oyunu bazar günü, saat 17:00-da keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43