Premyer Liqanının V turunda “Zirə” ilə qarşılaşmada zədələnərək matçı yarımçıq tərk edən “Qaranağ”ın iki futbolçusu Muarem Muarem və Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, hər iki futbolçunun zədəsi ciddi deyil və dünəndən etibarən komandayla məşqdə iştirak ediblər.
Digər zədəli futbolçu Bədavi Hüseynov da fərdi məşqləri yekunlaşdıraraq kollektivlə çalışmalara başlayıb. (klub saytı)