Ölkə futbolu

“Qarabağ”da “Sumqayıt” oyunu öncəsi ciddi itkilər var

Topaz Premyer Liqasının 16-cı turunda “Qarabağ” səfərdə “Sumqayıt”ın qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçiisnin heyətində bu oyun öncəsi ciddi itkilər var. Belə ki, “Neftçi” matçında qırmızı vərəqə görən Qara Qarayevlə sarı vərəqə limitini dolduran Mahir Mədətov “Kimyaçılar”a qarşı meydana çıxa bilməyəcək.

Bu iik oyunçu ilə yanaşı Miçel və Reynaldonun da durumu bəlli deyil. Hər iki futbolçu zədə səbəbindən “Neftçi”yə qarşı görüşü buraxmalı olmuşdular.

“Sumqayıt” – “Qarabağ” matçı bazar günü saat 18:30-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43