Ölkə futbolu

“Qarabağ”da yeni futbolçular

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə futbolçularına 4 gün istirahət “Qarabağ” məşqlərə başlayıb.

Millidə olan futbolçuların xidmətlərindən yararlana bilməyən komanda məşqlərini tam heyətlə keçə bilmir. Bunun üçün də aşağı yaş qruplarından futbolçular da əsas komandanın hazırlığına cəlb edilib.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın 14-cü turunda “Rəvan”ı qəbul edəcək.  Matç noyabrın 24-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43