Ölkə futbolu

“Qarabağ”da yeni məşqçi – RƏSMİ

“Qarabağ”da yeni təyinat gerçəkləşib.

İdmanxeber.az-ın məlumatına görə, Vüqar Əsgərli klubun futbol akademiyasında çalışacaq.

O, “Qarabağ”ın U-15 komandasının baş məşqçisi təyin edilib. Əsgərlinin son klubu 2022-23-cü illərdə çalışdırdığı “Şamaxı” olub.

Qeyd edək ki, mütəxəssis bunadək Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi kimi çalışıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43