Kateqoriyasız

“Qarabağ”da yeni müqavilə

“Qarabağ” futbolçusu Qara Qarayev ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2 ildir.

Qeyd edək ki, Qara Qarayev “Qarabağ” FK-nın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43