Ölkə futbolu

“Qarabağ”dan 5, “Neftçi”dən 3 oyunçu seçildi

Topaz Premyer Liqada 23-cü turun rəmzi komandası açıqlanıb.

İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, “InStat” şirkətinin təhlilinə əsasən, ən yaxşı 11-likdə “Qarabağ”dan 5, “Neftçi”dən 3, “Qəbələ”, “Sabah” və “Sumqayıt”dan 1 futbolçu yer alıb.

Qapıçı: Vaqner da Silva (“Qarabağ”)-2

Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-5, Kiril Petrov (“Neftçi”)-6, Filip İvanoviç (“Sabah”)-2, Amin Seydiyev (“Qəbələ”)-2

Yarımmüdafiəçilər: Baqali Dabo (“Neftçi”)-5, Qoran Paratski (“Neftçi”)-2, Markos Madera (“Qarabağ”)-4, Dani Kintana (“Qarabağ”)-7

Hücumçular: Mahir Mədətov (“Qarabağ”)-6, Peyman Babayi (Sumqayıt)

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43