Ölkə futbolu

“Qarabağ”dan 500 min tələb etdi – danışıqlar davam edir

“Qarabağ” Yunanıstan millisinin qapıçısı Andreas Yanniotisi heyətinə qatmaq niyyətindədi.

İdmanxeber.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi Türkiyənin “Kasımpaşa” klubunun qolkiperinə təklif göndərib. Andreas “Qarabağ”da oynamağa müsbət yanaşsa da, tərəflər maliyyə şərtlərində razılığa gələ bilmir.

Oyunçu “köhlən atlar”dan hər mövsümə 500 min avro maaş tələb edir. Danışıqlar müsbət yekunlaşarsa, “Qarabağ” tezliklə qapıçı ilə müqavilə imzalayacaq.

 Yanniotis ötən mövsüm “Kasımpaşa”nın heyətində Türkiyə Super Liqasında 31 matçda meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43