Ölkə futbolu

“Qarabağ”dan Abdullah Zubir qərarı – RƏSMİ

“Qarabağ” Abdullah Zubirlə müqavilə uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, sözləşməsi bir neçə gündən sonra başa çatacaq futbolçu ilə yeni müqavilənin şərtləri razılaşdırılıb.

Yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb. Fransalı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

O, 2018-ci ildən çıxış etdiyi komandamızda 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub. Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43