Ölkə futbolu

“Qarabağ”dan açıqlama: “Qalatasaray” Toral Bayramovu transfer edir?

Bir müddətdir “Qarabağ”ın futbolçusu Toral Bayramovun “Qalatasaray”a keçəcəyi barədə iddialar var. Son olaraq dünən Türkiyə mətbuatında İstanbul klubunun artıq oyunçu üçün Ağdam təmsilçisi ilə təmasa keçdiyi bildirilib.

Mənbə yazıb ki, Bakıda keçirilən xeyriyyə matçında “Qalatasaray” və “Qarabağ” rəhbərliyi arasında Toral Bayramovun transferi ilə bağlı ilkin danışıq olub. Hətta “sarı qırmızılar”ın 22 yaşlı futbolçu üçün 1 milyon avro təzminat ödəməli olacağı da iddia edilir.

Məsələni dəqiqləşdirmək üçün Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisi idmanxeber.az saytına etdiyi açıqlamada bunları deyib:

“Bir müddətdir Toral Bayramovun adı “Qalatasaray”la hallanır. Ancaq “Qarabağ” oyunçu ilə bağlı heç bir rəsmi təklif almayıb. Belə halda isə bu transfer barədə danışmaq qeyri-etik olar”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43