02 Dekabr 2020
Kateqoriyasız

“Qarabağ”dan APOEL-ə hədiyyə

“Qarabağ”  Avropa Liqasının qrup mərhələsinin III tur matçından əvvəl  APOEL üçün şam yeməyi təşkil edib.

İdmanxeber.az-ın Kipr təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, gecədə Ağdam klubunun idarə heyətinin üzvü Fevzihan Aras APOEL-li həmkarına Qarabağ atının təsviri olan xatirə hədiyyəsi təqdim edib. Meydandan kənarda qonaqpərvərlik üçün təşəkkürünü bildirən rəqib komanda meydanda öz şərəfi və tarixi uğrunda mübarizə aparacaqlarını bildirib.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:55-də başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Sabah”da növbəti ayrılıq

admin

UEFA-dan klublarımıza müjdə: Yeni turnir yaradıldı

admin

“Qarabağ” – “Molde”: təyinatlar açıqlandı

admin