Kateqoriyasız

“Qarabağ”dan “Arsenal”a atmaca

Xəbər verdiyimiz kimi, “Çelsi” Avropa Liqasının finalında “Arsenal”a qalib gəlib – 4:1.

İdmanxeber.az-ın məlumatına görə, ÇL-də “Çelsi”ni, AL-in qrup oyunları çərçivəsində isə “Arsenal”ı Bakıya gətirmiş ölkə çempionu “Qarabağ” final görüşündə inamlı qələbə qazanan “zadəganlar”ı təbrik edib.

Ağdam klubu “Çelsi”ni təbrik etməklə yanaşı finaldan öncə ajiotaj yaradan “Arsenal”a da söz atıb:

“Bakıya gəl(məy)ən və kuboku qazanan bütün “Çelsi” futbolçularını təbrik edirik. Zadəganlıq hər zaman zəfəri haqq edir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43