Kateqoriyasız

“Qarabağ”dan ayrılan futbolçu İspaniya klubuna keçib

“Qarabağ”dan ayrılan ispaniyalı futbolçu Xayme Romero ölkəsinin “Kartaxena” komandasına keçib.

İdmanxeber.az xəbər verir ki, 32 yaşlı hücumameylli yarımmüdafiəçi Sequnda təmsilçisi ilə 2022/2023 mövsümünün sonunadək müqavilə imzalayıb.

Qeyd edək ki, Xayme Romero 2019 – 2022-ci illərdə “Qarabağ”ın formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43