Kateqoriyasız

“Qarabağ”dan ayrılan futbolçu “Neftçi”ni seçmədi

“Qarabağ”dan ayrılan Yakub Jezniçak “Neftçi”yə keçəcəyi gözlənilsə də, bu baş verməyəcək.

İdmanxeber.az-ın Polşa mətbuatına istinadən verdiyi məlumata görə, müdafiəçi karyerasını ölkəsinin “Visla” klubunda davam etdirəcək.  32 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 25 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, “Visla” ötən mövsüm Polşa Ekstraklasını 14-cü sırada başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43