Kateqoriyasız

“Qarabağ”dan ayrılan futbolçu “Zirə”də

“Zirə” klubu heyətini gücləndirməkdə davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.com-a verilən məlumata görə, daha iki futbolçunun keçidi rəsmiləşib.

“Qarabağ”dan ayrılan yarımmüdafiəçi Hacı Əhmədovla 1+1 il şərti ilə müqavilə imzalanıb. “Qəbələ”nin hücumçusu  Tellur Mütəllimov isə bir il müddətinə icarəyə götürülüb.

Qeyd edək ki, “Zirə” daha öncə AZAL-dan Rəşad Abdullayev və Kamal Bayramovu, “Qəbələ”dən isə Tərzin Cahangirovla Sadiq Quliyevi heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43