02 Dekabr 2020
Ölkə futbolu

“Qarabağ”dan Azərbaycan futboluna daha bir töhvə: 21-ci pilləyə yüksəldik

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, son reytinqdə Azərbaycanı 1 pillə irəliləyərək 21-ci pilləyə qalxıb.

Gürcüstanda yerli “Samtredia”nı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” ölkəmizin hesabına 0,250 xal qazandırıb. Nəticədə son 5 ilin əmsallarına görə hesablanan reytinqimiz 16.625-ə çatıb.Bu nəticə ilə Azərbaycan  Kipri arxada qoyaraq 21-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” özü də UEFA reytinqində irəliləyərək 78-ci pillədən 75-ə qalxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Alxasov 100-ü yarıladı

admin

”Xəzər Lənkəran” Covanni Melkiorre ilə anlaşdı

admin

Məmmədov Cavadov və Əmircanovun gedişindən danışdı: “…xoşlamıram”

admin