Kateqoriyasız

“Qarabağ”dan buraxdığımız 2-ci qolda səhvə yol verdim”

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qarabağ” evdə “Sumqayıt”ı qəbul edib. 2:2

Matçdan sonra qonaqların qapıçısı Tərlan Əhmədli İdmanxeber.com-a açıqlama verib:

“Xalla qayıdacağımızı gözləyirdik. Komandamız yaxşı vəziyyətdədi. Gücümüzə inanırdıq, hər matça qələbə üçün çıxırıq. Çalışacağıq ki, qarşıdakı oyunlarda da belə davam edək. Bu gün buraxdığımız 2-ci qolda səhvə yol verdim. Top qabağımda yerə dəydi, çıxarda bilərdim. Topu da görürdüm, hər şey bir anda oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43