İdman

“Qarabağ”dan daha bir ilk

`Qarabağ` Futbol Klubu Azərbaycan futbol tarixində daha bir ilkə imza atdı.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycanın idman şərəfini Avropada layiqincə təmsil edən `Qarabağ` dünyaca məşhur KONAMİ şirkətinin diqqətini cəlb edib.KONAMİ şirkəti hər il olduğu kimi bu ildə öz məhsulu olan Pro Evolution Soccer 2015 oyununa bir neçə yeni klub daxil etdi.`Qarabağ` o klublardan biri olmaqla Azərbaycan tarixində ilkə imza atdı.Klubla rəsmi şəkildə əməkdaşlıq edən KONAMİ şirkəti noyabr ayının 13-ü PES 2015 adlı futbol oyununu istifadəyə verdi.Hər kəs bu oyunda `Qarabağ`ı seçməklə futboldan zövq ala bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43