Maqazin

“Qarabağ”dan daha bir yenilik

“Qarabağ” klubu daha bir yenilik edib.

İdmanxeber.com-un məlumatına görə, artıq bugündən azarkeşlər “Qarabağ”ın rəsmi saytı vasitəsi ilə (FANSHOP –http://bit.ly/1KCWwKj ) kluba aid bəzi məhsulları online vasitəsilə sifariş edə bilərlər.

Qeyd edək ki, hazırda satışda “Qarabağ”ın forması, azarkeş papağı, brelok və mobil telefonlar üçün örtüklər var.

Azarkeşlər üçün ən çox maraq doğuran komandanın forması 50 manat təşkil edir.

Online sifarişdən sonra məhsulların çatdırılması pulsuz, ödəniş isə nağd olaraq həyata keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43