Azərbaycan Premyer Liqasının 23-cü turundan təxirə salınan “Qəbələ” – “Qarabağ” matçı oynanılıb.
İdmanxeber.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçirilib və Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb – 4:0.
19:00. “Qəbələ” – “Qarabağ” 0:4
Qollar: Diakabi 48, Almeyda 59 (p), Nəriman Axundzadə 65, Yankoviç 80
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov