Ölkə futbolu

“Qarabağ”dan gənc qapıçıya imzalı forma hədiyyəsi

“Qarabağ” klubunun rəsmi himninin müəllifi Rüzgar Əhmədzadə #İrəliQarabağ həştəqi altında keçirdiyi video müsabiqənin qalibini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, “Xəzər Bakı”nın qapıçısı Nazir Əliyevin çəkdiyi qısametrajlı film ən yaxşı seçilib.

Qalibə “Qarabağ”ın bazasında klubun imzalı forması hədiyyə edilib.

“Qarabağ”ın qapıçısı Andrey Lunyov da Naziri təbrik edib və onunla şəkil çəkdirib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43