Kateqoriyasız

“Qarabağ”dan gedən futbolçunun yeni klubu məlum oldu

FutbolPress“Qarabağ”dan ayrılan Simeon Slavçevin yeni klubu məlum olub.

26 yaşlı yarımmüdafiəçi Bolqarıstanın “Levski” klubuna keçib. Klub saytının məlumatına görə, bolqarıstanlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Slavçev “Qarabağ”a 2018-ci ildə Lissabon “Sportinq”indən keçmişdi. O, Ağdam klubunda 39 oyuna 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43