Kateqoriyasız

“Qarabağ”dan gedir: Yeni klubu da bəllidi!

“Qarabağ”ın futbolçusu Simeon Slavçevlə yayda klubdan ayrılacaq.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu ilə  ölkəsinin ÇSKA klubu maraqlanır. Slavçevin mövsüm başa çatdıqdan sonra 2 illik müqaviləsi qalacaq. Tərəflər müqaviləni qarşılıqlı razılaşma əsasında pozacaq.

Hazırda ÇSKA ilə danışıqlar aparan futbolçunun yayda sözügedən komandaya transferi gözlənilir.

Qeyd edək ki, Slavçev “Qarabağ”da 22 oyuna 2 qol vurub.

Vüsal Yalçınoğlu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43