Kateqoriyasız

“Qarabağ”dan heç kim bunu gözləmirdi” – Yan Oblak

“Həmin mövsüm bizim üçün ağır keçdi. Xüsusən “Qarabağ”la matçları qeyd edərdim. Onları iki oyunun heç birində məğlub edə bilmədiyimizə görə ÇL-də qrupda qaldıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Madridin “Atletiko” klubunun qapıçısı Yan Oblak “Marca” nəşrinə verdiyi müsahibədə futbolçu karyerasında yadda qalan məqamlarla bağlı danışarkən deyib.

Sloveniyalı qapıçı daha sonra sözlərinə belə davam edib:

“Qarabağ”a hörmətimi vurğulamaqla yanaşı deməliyəm ki, bunu heç kim onlardan gözləmirdi. Həqiqət isə budur ki, onlar yaxşı müdafiə olunurdular. Bu səbəbdən də biz istəyimizə nail ola bilmədik”

Oxşar xəbərlər

“Zəiflər qrupundan çıxa bilmədik” – Rövnəq Abdullayev

admin

Dario qol vurdu, “Neftçi” qələbə qazandı

admin

“Bu, komandanın tam potensialı deyil” – Füzuli Məmmədov

admin