Kateqoriyasız

“Qarabağ”dan heç kim bunu gözləmirdi” – Yan Oblak

“Həmin mövsüm bizim üçün ağır keçdi. Xüsusən “Qarabağ”la matçları qeyd edərdim. Onları iki oyunun heç birində məğlub edə bilmədiyimizə görə ÇL-də qrupda qaldıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Madridin “Atletiko” klubunun qapıçısı Yan Oblak “Marca” nəşrinə verdiyi müsahibədə futbolçu karyerasında yadda qalan məqamlarla bağlı danışarkən deyib.

Sloveniyalı qapıçı daha sonra sözlərinə belə davam edib:

“Qarabağ”a hörmətimi vurğulamaqla yanaşı deməliyəm ki, bunu heç kim onlardan gözləmirdi. Həqiqət isə budur ki, onlar yaxşı müdafiə olunurdular. Bu səbəbdən də biz istəyimizə nail ola bilmədik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43