Kateqoriyasız

“Qarabağ”dan iki, “Neftçi”dən bir futbolçu

Peşəkar Futbol Liqası ötən mövsüm ən çox rəmzi komandaya düşən futbolçuların adlarını açıqlayıb.

İdmanxeber.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, siyahıda “Qarabağ”ın 9 futbolçusu yer alıb. Ağdam klubundan Mahir Əmrəli və Abdullah Zubir, “Neftçi”dən isə Səlahət Ağayev hamıdan çox – 10 dəfə ən yaxşı 11-liyə düşüblər.

Donald Gerye, Dani Kintana (hər ikisi “Qarabağ”) Ceyms Adeniyi (“Qəbələ”) 9, Miçel, Filip Ozobiç, Bədavi Hüseynov (hamısı “Qarabağ”) 8, Kiril Petrov (“Neftçi”), Voislav Stankoviç (“Qəbələ”/”Neftçi”) 6, Maksim Medvedev və Abbas Hüseynov isə 5 dəfə rəmzi komandaya seçiliblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43