Premyer Liqa

“Qarabağ”dan ilk transfer

Ardıcıl dördüncü dəfə Azərbaycan çempionu adını qazanan “Qarabağ” vaxt itirmədən transfer çalışmalarına başlayıb.

İdmanxeber.com-un  məlumatına görə, Ağdam klubu artıq bir futbolçu ilə ilkin razılığa gəlib.

Söhbət “İnter”in müdafiəçisi Abbas Hüseynovdan gedir. İyunda 22 yaşını tamamlayacaq Hüseynov cari mövsüm bitəndən sonra “Qarabağ”a keçəcək. Tərəflər arasında minimum 2 illik müqavilənin imzalanmasına qərar verilib.

“Qəbələ”nin də maraq dairəsində olan, lakin “Qarabağ”ı seçən Abbasın transferi çempiona havayı başa gələcək. Çünki onun hazırkı komandası ilə sözləşməsinin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub.

Qeyd edək ki, müdafiə ilə yanaşı, yarımmüdafiənin də cinahlarında oynamağı bacaran Abbas Hüseynov İslamiadada iştirak edəcək U-23 yığmamızın ilkin heyətinə dəvət alıb. (Apasport.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Vurğun Hüseynov “Sumqayıt”ın üçüncüsü oldu

admin

“Neftçi”nin kapitanı: “Azarkeşlərimizə səslənirəm, onlar əmin olsunlar ki…”

admin

“Xəzər Lənkəran” – “İnter” – VİDEO

admin