Ölkə futbolu

“Qarabağ”dan İntizam Komitəsinin çıxardığı qərara cavab: “Gözünüz aydın”

AFFA İntizam Komitəsinin bugünkü iclasında "Neftçi" – "Qarabağ" matçında birincilərin futbolçusu Araz Abdullayevə göstərilən qrımızı vərəqə ləğv olunub.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbarhimov idmanxeber.com-a verdiyi açıqlamada bu qərarı gülüşlə qarşılayıb:

"Gözünüz aydın. Araza göstərilən qırmızı doğru qərar idi. Bunu dəfələrlə izləsək belə qərarın dügzün verildiyini görərik. Hətta 44-cü dəqiqədə Ramosun boks zərbəsinə görə də qırmızı verilməli idi". 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43