Premyer Liqanın VII turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, dünən məşq zamanı komandanın kapitanı Rəşad Sadıqov zədələnərək hazırlığı yarımçıq dayandırmışdı. Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, Sadıqovun “ağ-qaralar”la oyunda iştirak edib-etməməsi hələ ki, tam olaraq bəlli deyil.
Kapitan “Neftçi” ilə oyunda iştirak etməsə belə Avropa Liqasının “İnter”lə qrup oyununda böyük ehtimalla çıxış edə biləcək.
Qeyd edək ki, Ağdam klubunda bundan öncə Namiq Yusifov və Çumbinyo sıradan çıxmışdı.