Kateqoriyasız

“Qarabağ”dan “Kəpəz”ə gedən futbolçu: “Komandanın titulları var”

Qış fasiləsi müddətində “Kəpəz”ə keçən Namiq Ələsgərov U-21 yığması ilə Türkiyədə təşkil edilən “Antalya Cup” turnirdən qayıtdıqdan sonra yeni klubuna qoşulub.

İdmanxeber.com-un məlumatına görə, gənc yarımmüdafiəçi ötən gün “sarı-göylər”in heyətində Gəncədə ilk dəfə məşqə çıxıb.

Mətbuat və azarkeşlər üçün açıq keçən məşqdən sonra Ələsgərov klubun saytına keçidi ilə bağlı fikirlərini bölüşüb: “Xeyli müddət zədəli oldum və oynaya bilmədim. Bərpa olunduqdan sonra “Kəpəz”dən təklif gəldi. Gəncə klubunda oynamağa razılaşdım. Komandanın böyük tarixi, titulları var. İndi də çempionatda yaxşı çıxış edir. Çalışacağam ki, bu keçiddən həm “Kəpəz” qazansın, həm də mən”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43