Kateqoriyasız

“Qarabağ”dan Koyta AÇIQLAMASI

“Qarabağ”ın “Trabzonspor”dan ayrılan Benqali-Fode Koyta ilə anlaşdığı barədə məlumat vermişdik.

İdmanxeber.az-ın məlumatına görə, qvineyalı forvard özü bu barədə “mən “Qarabağ”a gəlirəm” – açıqlaması verib.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza açıqlamasında bunlar dedi:

“Bu transferlə bağlı hələ rəsmi heç bir qərar yoxdu”.

Benqali-Fode Koyta peşəkar karyerasına Fransanın “Monpelye” klubunda başlayıb. O, “Lans” və “Le Havre”də icarə əsasında oynayıb. 2013-cü ildə “Kann” klubuna keçib. 2 il burada oynadıqdan sonra İngiltərə “Bləkbörn”ünə transfer olunur.

​2016-ci ildə isə Koyta Türkiyənin “Kasımpaşa” klubuna keçir. Burada 5 il çıxış edir və 100 oyuna 27 qol vurur. Ötən il isə o, “Trabzonspor” transfer olunub. Trabzonluların heyətində Koyta 17 oyuna 14 qol vurmağı bacarır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43