Ölkə futbolu

“Qarabağ”dan Nikaraqua millisinin üzvünə 400 minlik təklif

“Qarabağ”ın transfer etmək istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu Nikaraqua yığmasının kapitanı Xuan Barreranı transfer hədəfinə alıb. Bu barədə Nikaraqua mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, “Qarabağ” Qvatemalanın “Komunikasones” klubunda oynayan hücumameyilli yarımmüdafiəçi üçün 400 min dollar təklif edib.

28 yaşlı futbolçu 2009-cu ildən Nikaraqua yığmasında oynayır və 42 oyuna 10 qol vurub. 2016-cı ildə Avstriyanın “Altax” klubundan “Komunikasones”ə keçən oyunçu 57 oyuna 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43