Ölkə futbolu

“Qarabağ”dan növbəti transfer – rəsmi

Bu mövsümün əvvəlində “Qəbələ”dən 1 illik icarə əsasında “Qarabağ”a keçən Hacıağa Hacılı Ağdam təmsilçisi ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, “Qarabağ” gənc yarımmüdafiəçini tam hüquqlarıyla transfer edib. Futolçu ilə bağlanan yeni müqavilənin müddəti 4 ildir.

Qeyd edək ki, “Qarabağ” qış transfer pəncərəsində sabiq futbolçusu Reyaldo Silvanı da heyətinə cəlb edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43