Kateqoriyasız

“Qarabağ”dan növbəti xal – UEFA-nın yeni reytinqi açıqlandı

“Qarabağ”ın ötən gün “Dudelanj”la etdiyi heç-heçədən sonra Azərbaycanın UEFA-dakı reytinqinə növbəti xallar əlavə olunub.

İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar”ın Lüksemburq klubu ilə bərabərə qalması (1:1) ölkəmizin aktivinə 0,250 xal yazdırıb.

Qurban Qurbanovun yetirmələri dünənki matçda qalib gəlsəydi, Azərbaycan reytinqdə bir pillə irəliləyəcəkdi. Ölkəmiz cari mövsümü 3,375 əmsalla tamamlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43