Ölkə futbolu

“Qarabağ”dan növbəti rekord

"Qarabağ" növbəti dəfə adını Azərbaycan futbol tarixinə yazdırmağı bacarıb.

İdmanxeber.com xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində PAOK-u səfərdə 1:0 hesabıyla məğlub edən "Qarabağ" bir sıra rekordlara imza atıb. Ağdam klubu Avropa Liqasının qrup mərhələsində 2 qələbə qazanan, eyni zamanda 7 xal toplayan yeganə Azərbaycan klubudur. "Qarabağ" həm də eyni mövsümdə qrup mərhələsində 6 qol vurmaqla da öz rekordunu təzələyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43