Kateqoriyasız

“Qarabağ”dan qələbə, Masazırda “sülh”

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XVIIII tura yekun vurulub.

Son oyun günündə iki görüş keçirilib.

Əvvəlcə “Sabah” öz meydanında “Səbail”lə qarşılaşıb. Oyunda hesab açılmayıb.

Digər matçda isə lider “Qarabağ” Respublika stadionunda “Sumqayıt”ı məğlub edib – 1:0.

Azərbaycan Premyer Liqası
XVIII tur

23 fevral (bazar)

16:00. “Sabah” – “Səbail” – 0:0
Qırmızı vərəqə:
 Yevgeni Koçuk, 15

Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov
“Bank Respublika Arena”

18:00. “Qarabağ” – “Sumqayıt” – 1:0
Qol: Mahir Emreli, 49
Qırmızı vərəqə: Mahir Emreli, 90+2 (“Qarabağ”)
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika Stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43