Ölkə futbolu

“Qarabağ”dan “Simurq”a: imza günü bəlli oldu

“Simurq” klubu qış təlim-məşq toplanışı üçün yanvarın 8-də Antalyaya yollanır.

Zaqatala klubu qardaş ölkəyə getməmişdən öncə “Qarabağ”dan ayrılan Murad Səttarlı ilə münasibətləri rəsmiləşdirəcək. 

Əyalət klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin idmanxeber.com-a verdiyi məlumata görə, Muradla sabah müqavilə imzalanacaq. Müqavilənin müddəti isə sabah məlum olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43