Ölkə futbolu

“Qarabağ”dan üçüncü transfer

Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Qarabağ” üçüncü transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu AZAL-da forma geyən yarımmüdafiəçi Cavid Tağıyevlə razılığa gəlib və yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.

22 yaşlı futbolçşu ilə azı 3 illik müqavilə bağlamaq nəzərdə tutulub.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində daha öncə hücumçu Danilo Diası və müdafiəçi Tərlan Quliyevi transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43