Ölkə futbolu

“Qarabağ”dan UEFA-ya müraciət: Stadionda Ermənistan bayrağı olmasın!

“Qarabağ”  Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia” ilə cavab matçı öncəsi UEFA-ya müraciət edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Ağdan klubunun saytı məlumat yayıb.

Son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb.
 
Bunu nəzərə alaraq, “Qarabağ” Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq üçün həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.
 
Matça Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə “Qarabağ”ın rəsmiləri UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib.
 
Gürcüstan tərəfi də yarana biləcək  erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43