Ölkə futbolu

“Qarabağ”dan xal almaq çətindir” – Tərlan Əhmədov

“Maraqlı oyun oldu. Rəqib topa daha çox sahib oldu. Əks hücumda onları yaxalamaq istədik. Turnir cədvəlindəki yerimiz oyunumuza görə deyil. Komandanın inkişaf etdiyi görünür. Məğlub vəziyyətdən sonra qazanılan bir xal önəmlidir. “Kəpəz” azarkeşlərini sevindirdiyimiz üçün xoşbəxtik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçidi Tərlan Əhmədov “Qarabağ” oyunu (1:1) barədə danışarkən deyib.

O, daha sonra belə davam edib:

“Qarabağ”dan xal almaq çətindir. Onların heyəti ilə bizimki bir deyil. Bu nəticə yaxşı motivasiyadır. Bir xal bizim üçün çox önəmli idi. Stabil oynamaq üçün vaxt lazımdır. Bizdə isə zaman olmur. Böyük klublara qarşı oyunçular daha motivasiyalı çıxış edir. Yeni klubuq. Yayda yığılmış heyətimiz var. Avropada belə hallar olur ki, dördüncü liqa komandaları böyük klublara qarşı başqa cür oynayır.

Orxan Sadıqlının bizimlə Antalyaya getməməsi onu ehtiyatda saxlamağa bizi məcbur etdi. Üç qapıçımız da eyni səviyyədədir. Heç birini itirə bilmərik. Qarşıda çox oyunumuz var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43