29 Noyabr 2020
Kateqoriyasız

“Qarabağ”dan xal almaq qələbəyə bərabərdi” – Zaur Həşimov

FutbolPressAzərbaycan Premyer Liqasında XI turun “Qarabağ” – “Zirə” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Futbolçular yaxşı mübarizə apardı. “Qarabağ”dan xal almq qələbəyə bərabərdi. Komandada özgüvəni gördüm. Matça yaxşı köklənmişdik. Əsasən də müdafiədə yaxşı oynadıq. Qol epizodlarımız da oldu. Onların birindən istifadə edə bildik. Yaxşı nəticə qazandıq. Futbolçuları təbrik edirəm.

– Zədəlilərinizin durumu necədi? Fasilədən necə istifadə etməyi planlaşdırırsız?
– Zədələr çoxdu. Elvin Camalov meydanda zədəli çıxmışdı. Tiqrudja, Xulyo zədəlidi. Fasilədə bir neçə futbolçumuz milliyə gedəcək. Ümid edirəm ki, sağlam qayıdacaqlar. Fasilə futbolçularımızın sağalması üçün yaxşı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ayxan Abbasov “Sumqayıt”da qaldı

admin

“Sabah”ı “Səbail”ə dəyişdi

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin