Ölkə futbolu

“Qarabağ”dan “Xəzər Lənkəran”a jest – ÖZƏL

Premyer Liqanın son turu çərçivəsində “Qarabağ”la üz-üzə gələcək “Xəzər Lənkəran” Bakıda məşq etməyə meydança tapıb.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam klubunun istəyi ilə Bakıda keçiriləcək oyun üçün paytaxtda olan Lənkəran komandası öncə İdman Akademiyasının stadionunda məşq etsə də, sonrada stadion tapmaq problemə çevrilib. Məsələ burasındadıər ki, bu stadionda aparılan təmir işləri ilə əlaqədar komanda məşq etməyə meydança tapa bilmirdi. 

Ancaq “Qarabağ” XL-ə etdiyi jestə qarşılıq olaraq öz meydançasını verib. Bu gün Cənub klubu Suraxanıdakı stadionda saat 16:00-da növbəti məşqini keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43