İdman

“Qarabağ”ı cəzalandıran futbolçu “Çelsi”yə keçməyə yaxındı

İngiltərənin “Çelsi” klubu İtaliya təmsilçisi “Roma”nın futbolçusu Edin Cekonu heyətinə qatacaq.

İdmanxeber.com-un məlumatına görə, 32 yaşlı forvardın keçidinin yanvarın 25-də elan ediləcəyi gözlənilir.

London klubunun Bosniya və Herseqovina yığmasının üzvü ilə uzun müddətli müqavilə bağlayacağı və ona ildə 8 milyon avro maaş verəcəyi bildirilir.

Qeyd edək ki, Edin Ceko 2016-cı ildə İngiltərənin “Mançester Siti” klubundan “Roma”ya keçib. O, italiyalıların Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Qarabağ”ı Bakıda 2:1 hesabı ilə məğlub etdiyi matçda ikinci qolu vurub. Hazırda Bosniya və Herseqovina millisinə Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçki rəhbərlik edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43