Kateqoriyasız

“Qarabağ”ı dəyərləndirməyə bilmərik” – “Anderlext”in baş məşqçisi

“Anderlext”in baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

İdmanxeber.com-un məlumatına görə, 43 yaşlı mütəxəssis qrupdakı rəqiblərindən olan “Qarabağ” haqda müsbət fikirlər səsləndirib: “Çətin bir qrupa düşdük. Yaxşı komandalarla qarşılaşacağıq. Təbii ki, “Qarabağ”ı dəyərləndirməyə bilmərik. Çoxları bu komandanın kiçik klub olduğunu düşünür. Ancaq onlar Çempionlar Liqasının III təsnifat mərhələsində “Seltik”ə çətin anlar yaşadıblar. Bu səbəbdən onlara qarşı oyunların asan keçməyəcəyini düşünürəm”.

Qeyd edək ki, J qrupunda qərarlaşan “Anderlext” “Qarabağ” (Azərbaycan), “Tottenhem” (İngiltərə) və “Monako” ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43