Kateqoriyasız

“Qarabağ”ı sevindirən xəbər

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

İdmanxeber.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda “Qarabağ” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, AFFA İntizam Komitəsi Premyer Liqanın 12-ci turunun “Sumqayıt”la qarşılaşmasında aqressiv davranışa yol verən “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimliyə 3 oyunluq cəza vermişdi. Apellyasiya Tribunalı  futbolçunun cəzasını 2 matça endirib.

Qeyd edək ki, “Sumqayıt”la görüşdən sonra “Qarabağ” Premyer Liqada daha 2 oyun keçirdiyindən, İsmayıl İbrahimlinin cəza müddəti başa çatıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43