Kateqoriyasız

“Qarabağ”ı təhqir edən “Neftçi” rəsmisi üzr istədi

Hörmətli, dostlar, KİV nümayandələri. Nəzərinizə çatdırım ki, mən Həsənov Çingiz uşaqlıqdan “Neftçi” azarkeşiyəm və ömrüm boyu belə də qalacaq. Hətta, yaşadığım evin qapısında böyük Neftçi logosu çəkdirmişəm. Allah mənə qismət edib ki, uşaqlıq arzum olan komandanda məhz “Neftçi”də 5 ildən artıq müddətdir ki, çalışıram. Ötən gün şəxsi facebook səhifəmdə kapitanımız Flavinyo ilə çəkdirdiyim şəkil, daha doğrusu şəkilə yazdığım şərh birmənalı qarşılanmayıb və bundan bəzi insanlar istifadə edərək, iki komanda arasında olan münasibətləri korlamaq, eləcə də digər məqsədlər üçün yazdıqlarımı mətbuat səhifəsinə çıxarıblar. Mən bunu “Neftçi” rəsmisi kimi deyil, “Neftçi”nin canı qədər çox sevən azarkeş kimi yazmışdım. Bu azarkeş fikri idi. Bu fikirlərimin “Neftçi” rəsmisi kimi təqdim olunmasını düzgün deyildi. Əslində rus dilində yazılmış ifadələr də icitmaiyyətə təqdim olunduğu kimi səslənmir. Bəlkə də düşüncələrimi ifadə etmək üçün yalnış ifadələr seçmişəm. Bununla belə yalnış anlaşıldığıma görə futbol ictimaiyyətindən, “Qarabağ” klubunun azarkeşlərindən üzr istəyirəm. Mən bir neftçili olaraq, Qəbələdə keçiriləcək finalda “Qarabağ”ı məğlub edəcəyimizdən əminəm.

Hörmətlə Çingiz Həsənov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43