Kateqoriyasız

“Qarabağ”ın 11 potensial rəqibi bəlli oldu – AVROPA LİQASI

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən 11-i dəqiqləşib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu ikinci səbətdə yer alacaq.

İndiyədək birinci səbətdəki 8 klubdan 7-nin adına aydınlıq gəlib. Bunlar “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Braqa” (Portuqaliya), “Dinamo” (Kiyev, Ukrayna), “Srvena Zvezda” (Serbiya) komandalarıdır.

Ümumilikdə səbətləri dəqiqləşən komandalar:

1-ci səbət
“Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Arsenal” (İngiltərə), “Latsio” (İngiltərə), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Kiyev, Ukrayna)

1-ci və ya 2-ci səbət
“Feyenord” (Niderland)

2-ci səbət
PSV (Niderland), “Renn” (Fransa), “Monako” (Fransa), “Real Sosyedad” (İspaniya), “Qarabağ” (Azərbaycan)

2-ci və ya 3-cü səbət
“Betis” (İspaniya), “Midtüllan” (Danimarka), “Budyo Qlimt” (Norveç)

3-cü səbət
“Yunion Berlin” (Almaniya), “Frayburq” (Almaniya)

3 və ya 4-cü səbət
“Nant” (Fransa), “Şturm” (Avstriya)

4-cü səbət
“Yunion” (Belçika), “Trabzonspor” (Türkiyə)

Avropa Liqasında qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komanda bu gün keçiriləcək pley-off mərhələsinin cavab matçlarından sonra bəlli olacaq. Həmin görüşlərin ardından səbətlərin tərkibi tam müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43