Kateqoriyasız

“Qarabağ”ın 30-cu səfər qələbəsi

FutbolPress“Qarabağ” Azərbaycan kubokunda 30-cu səfər qələbəsini qazanıb.

Ağdam klubu 1/4 final mərhələsinin cavab oyununda “Keşlə”yə qalib gəlib – 3:1. 1993-cü ildən ölkə kubokunda çıxış edən əyalət klubu rəqib meydanındakı 65-ci görüşdə yubiley qələbəsini bayram edib.

“Qarabağ” yarışın tarixində rəqib meydanında ən çox qalib gələn ikinci komandadır. Ağdamlılar yalnız “Neftçi”dən geri qalır. Paytaxt təmsilçisi səfərdə 38 dəfə qalib gəlib.

“Qarabağ” kubokdakı ilk səfər qələbəsini 1993-cü il mövsümünün 1/32 finalında qazanıb. Ağdam klubu Şəkinin “Gənclik” komandasına 2:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Elvin Yunuszadə Ümit Özatın komandasında

admin

Avrokuboklarda yeni mövsümün təqvimi

admin

Azərbaycanlı idman jurnalisti koronavirusa yoluxdu – Foto

admin