28 Sentyabr 2021
Kateqoriyasız

“Qarabağ”ın adı ilə süni manipulyasiya edilir”

“Transfer pəncərəsi aktuallaşdığı üçün bu tip xəbərlərin çıxması normaldır. Klubumuz bir sıra futbolçularla danışıq apara bilər. Hər transfer dönəmində belə xəbərlərlə rastlaşırıq. Doğru olduqda təsdiqləyirik”.

Bunu “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimov klubun transfer fəaliyyəti barədə danışarkən deyib. İbrahimov Bosniya və Herseqovina yığmasının və “Sarayevo”nun yarımmüdafiəçisi Amar Rahmanoviçlə maraqlandıqlarına dair xəbərləri təkzib edib.

Onun sözlərinə görə, əvvəllər də fərqli-fərqli futbolçuların adları “Qarabağ”la hallanıb: “Sonradan özünüz də şahidi olmusunuz ki, bunlar reallığı əks etdirmir. Danışdığımız futbolçuların əksəriyyətinin öz klubları ilə müqavilələri olduğundan, adətən, onların adlarını açıqlamırıq. Çünki açıqlasaq, bu, istər-istəməz qiymətə təsir edir, süni manipulyasiya edilir, şişirtmələr yaranır. Ona görə elə bir şey olsa belə, ondan uzaq dururuq”.

Qeyd edək ki, ötən gün “Sportske” nəşri “Qarabağ”ın Amar Rahmanoviçlə ispaniyalı agentlər vasitəsilə danışıqlar apardığına dair xəbər yayıb (sportnet.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Keşlə”də venesuelalı futbolçu

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda ?

admin

“Çiçarito bunu “Qarabağ”la oyunda vurduğu qolla sübut etdi”

admin