Kateqoriyasız

“Qarabağ”ın AEL-lə oyunlarına hakim təyinatları açıqlandı

“Qarabağ”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kipr AEL-i ilə hər iki oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, Larnaka şəhərindəki ilk matçın baş hakimi İsveç Futbol Federasiyasından Qlenn Nyuberq olacaq. Ona həmyerliləri  Mahbod Beygi, Andreas Söderkvist köməklik göstərəcək. Dördüncü hakim funksiyasını  Boyan Panciç yerinə yetirəcək.

Bakıda keçiriləcək cavab görüşü isə Estoniya Futbol Federasiyasından Kristo Toverə tapşırılıb. Yan xətt hakimləri Silver Koyv, Step Klaasen, dördüncü hakim isə Karl Koppel olacaq.

Qeyd edək ki,  avqustun 5-i “AEK Arena”da keçirələcək AEK – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab qarşılamasına isə saat 20:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43